Əli Həsənov: "Azərbaycanda QHT institutları sərbəst fəaliyyət göstərir"

“Azərbaycanda vətəndaş cəmiyyəti instutlarının bərqərar olması siyasətin proritet istiqamətlərindən biri olub". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.

Onun sözlərinə görə, ölkədə QHT institutları sərbəst fəaliyyət göstərir: "Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT hərakatına dəstək verildi”.

Prezident köməkçisi bildirib ki, Azərbaycanda 1995-ci ildən baş tutan seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib.

Ə.Həsənov həmçinin vurğulayıb ki, ölkədə azad media formalaşıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə