TÜRKPA müşahidə missiyası Türkiyədə seçkiləri izləyəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası Türkiyədə iyunun 24-də keçiriləcək Prezident və Parlament seçkilərini izləyəcək. TÜRKPA-dan SİA-ya verilən xəbərə görə, missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan və Azərbaycan parlamentlərinin üzvləri daxildir.

Müşahidəçilər səsverməni yerində izləmək üçün Ankarada bir neçə müşahidə məntəqələrini ziyarət edəcək.

İyunun 22-də müşahidəçilər missiyasının Respublika Xalq Partiyasının (CHP) sədr müavini Tekin Bingöl, Yüksək Seçki Şurasının Sədri Sadi Güven, Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya, Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP) Naci Bostancı ilə görüşləri nəzərdə tutulur.

İyunun 25-də isə TÜRKPA missiya üzvləri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcəkdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə