Azər Badamov: “Azərbaycan ordusu dünyanın ən güclü orduları arasındadır” AÇIQLAMA

“Azərbaycan ordusu dünyanın ən güclü orduları arasındadır. Yəni ordumuz dünyanın ən güclü 50 ordusu arasında ön sıradadır. Bu böyük göstəricidir və böyük uğurumuzdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, son illər dövlətimiz orduya böyük diqqət yetirmişdir. Azərbaycan ordusu Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ən müasir texnikalarla, texnologiyalarla təchiz edilib: “Bu gün regionun ən güclü ordusu olaraq Azərbaycan ordusu dövlət sərhədlərini və təhlükəsizliyini etibarlı şəkildə qorumağa qadirdir. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsir olunmuş hərbi parad keçiriləcəkdir. Bu paradda nümayiş olunacaq hərbi texnikalarımızın gücü və imkanları özü özlüyündə deməyə imkan verəcək ki, bu günkü ordumuz Azərbaycanın təhlükəsizliyinin qarantıdır. Ən əsası da odur ki, ordumuza iradəli və düşünülmüş siyasəti olan Ali Baş Komandan rəhbərlik edir. Ordumuz Ali Baş Komandanın hər bir əmrini yüksək səviyyədə icra etməyə hazırdır. Biz bunu həm aprel döyüşlərində və Cocuq Mərcanlının azad edilməsində, həm də Naxçıvanda 11 min hektar ərazinin işğalçılardan təmizlənməsində ordumuzun gücünü görmüşük. Təbii ki, Azərbaycan ordusu bütün işğal altında ki, torpaqlarımızı azad etmək iqtidarındadır. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə keçiriləcək hərbi paradda nümayiş olunacaq hərbi texnikamız düşmənə bir mesaj olacaq. Bununla nümayiş etdirəcəyik ki. bizim güclü ordumuz var. Təbii ki, düşmən indidən Azərbaycan ordusunun gücünü görərək, təşvişə düşüb. Əgər siz danışıqlar masası arxasında əyləşməsəniz və sülh yolu ilə məsələnin nizamlanması prosesində iştirak etməsəniz təbii ki, sonu yaxşı qurtarmayacaq. Nəyin ki, işğal altında olan torpaqlarımızı hətta Göyçəni, Zəngəzuru azad edəcəyik. Düşünürəm ki, düşmən bundan nəticə çıxartmalıdır və bütün bunlar da onu deməyə imkan verir ki, işğal prosesi uzun çəkməyəcəkdir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə