"Ermənistan ilk növbədə qoşunlarını ərazilərimizdən çıxarmalıdır"

"Əgər Ermənistan sülhdən danişırsa, ilk növbədə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bundan sonra regionda sülh və təhlükəsizlik təmin oluna bilər". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib.

E.Məmmədyarov bildirib ki, bir neçə il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölqəsinin erməni və azərbaycanlı icmalar arasında təmaslar olub və bununla bağlı layihələr həyata keçirilib: "Azərbaycan bu qəlbdən olan təmasları dəstəkləyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə