“Saxta profillərlə söyüş yazan Əli Kərimlinin özüdür" BAXCP rəsmisi

“Saxta profillərlə söyüş yazan Əli Kərimlinin özüdür. Elçibəyi söydürən adamdan nə gözləyirsiniz ki?”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, radikal müxalifət daxilində kənardan baş verən müxalifətdaxili bir susqunluq hökm sürməsi görüntüsü mövcuddur: “Ancaq bunun səbəbi 20 ildən artıqdır ki, eyni siyasəti aparmaqdır. Yəni seçkidən-seçkiyə 2-3 ay ərzində radikallar aktivləşir və eyni şəxslər birləşir, müxtəlif adlarda qurumlar təsis edirlər, ya seçkini birgə boykot edirlər, ya da ki, başqa bir şəxsi seçki “qurbanı” kimi verib, növbəti seçkiyə qədər vaxtlarını gözləyirlər. Seçki bitdikdən dərhal sonra radikal müxalifət daxilində kəskin intiriqalar, didişmələr, müzakirələr başlanır. Necə ki, 2018-ci il prezident seçkilərindən dərhal sonra başlandı. Artıq bu prosesə Avropada yaşayan şəxsləri də cəlb ediblər. Hər gün virtual məkandan, sosial şəbəkələrdə ittihamlar, təhqirlər, bir-birini aşağılamaq, küçə söyüşləri ilə danışmaq radikal müxalifətin gündəlik həyat tərzinə çevrilib. Bolşevik təfəkkürlü Əli Kərimli bütün günü sosial şəbəkədə bitib. Bir neçə cavan uşaqları öyrədib onu tənqid edən Emin Milli kimlərini təhqir etdirməklə məşğul olur. Ancaq Emin Milli kimlər unudur ki və ya bilmir ki, Əli Kərimli Elçibəy kimi bir şəxsi təhqir etdirməkən belə utanmayıb. Artıq sosial şəbəklərdə hər ksə yaxşı bilir ki, saxta profillərlə söyüş yazanlar Əli kərimlinin tapşırıqlarını yerən yetirənlərdi və ya saxta profillərlə söyüş yazan Əli Kərimlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə