Qabil Hüseynli: “Azərbaycan Ordusu şərəfli bir yol keçib" MÜNASİBƏT

“Azərbaycan Ordusu şərəfli bir yol keçib. Ordumuz hələ 1918-ci ildə yarananda onlar İstiqlal küçəsində nizami dəstə ilə sadə silahlanmış formada, uniformaları əldə tikilmiş paltardan, ayaq geyimləri isə çarıqdan ibarət idi. Onlar İstiqlal küçəsindən keçərkən Hacı Zeynalabdin Tağıyev əyilərək həmin əsgərlərdən birinin çarığından öpür. Amma bu gün isə ordumuz müasir silahlara malik, ciddi təlim keçmiş, hər bir hava şəraitində döyüşməyə qadir olan hərbi hava qüvvələrindən və artirelliya dəstələrindən, dəniz qüvvələri qoşunundan, quru qüvvələri qoşunundan, eləcə də xüsusi təyinatlılardan ibarət çoxnövlü şəxsi heyətə və yüksək döyüş qabiliyyətinə malik bir ordudur”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu gün ordumuzun qarşısına qoyulan əsas vəzifə Azərbaycan torpaqlarıdır və ərazi bütövlüyümüzü təmin etməkdir: “Bir sözlə Azərbaycan Ordusu bunu həyata keçirməyə qadirdir. İnanıram ki, son döyüş əməliyyatları – 2016-cı ilin aprel döyüşləri, Naxçıvan Muxtar Respublikasında aparılan hərbi əməliyyatlar ordumuzun döyüş qüdrətini açıq şəkildə ortaya qoyur. Keçirilən təlimlər, Raket Artilleriya Qüvvələri Kompleksi, hava hücumundan müdafiə sistemləri göstərdi ki, ordumuz yüksək səviyyədə təchiz edilib və yüksək döyüş hazırlığına malikdir. Beynəlxalq hesablama komissiyalarının da cədvəlində ordumuz 200 dövlətin ordusu arasında kifayət qədər qürurverici 26-cı yerdə dayanır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə