Putin-Tramp görüşü baş tutacaqmı?

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putin-Tramp görüşü barədə şərh verməyib. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, o, görüş barədə danışıqların davam etdirildiyini deyib: “Nə Kreml, nə də Ağ Evdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Deyiləsi sözümüz yoxdur. Görüş barədə razılıq olsa, müvafiq açıqlama verəcəyik”.

Qərb mediası Putin-tramp görüşünün iyunun sonlarında keçirilə biləcəyini deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə