Əli Kərimli kimin ölümünə bais olub? FAKT

AXCP sədrinin saxta sənəd verdiyi şəxs Hollandiyada intihar edib

Zaman-zaman mətbuatın gündəminə gələn saxta sənəd biznesi və bu biznesdə adları hallanan müxalifətçi partiya sədrlərinin ifşası davam etməkdədir. “Siyasi mühacir” statusu almaq üçün min cür fırıldaqlardan çıxan dağıdıcı müxalifətin “liderləri” məhz bu vasitələrlə asan qazanc yolu əldə edərək, demək olar ki, dələduzluqla məşğul olurlar. Lakin sözügedən məsələnin digər tərəfi də budur ki, onların saxta sənəd verdikləri insanların çoxu sonradan Avropa ölkələrindən deportasiya olunur, bununla da həmin şəxslərin “siyasi mühacir” arzuları yerinə yetməmiş qalır. Belələrindən biri də AXCP sədri Ə.Kərimlinin toruna düşən və sonda intihar edən Fikrət adlı azərbaycanlı gəncdir...

Fikrət adlı azərbaycanlı gəncin Əli Kərimli tərəfindən verilən sənədlərinin saxtalığı üzə çıxandan sonra, o öz canına qəsd edib

Bəlli olub ki, Kərimlinin ona verdiyi saxta sənəd ifşa edildikdən sonra, Hollandiyanın miqrasiya polisi onun barəsində deportasiya qərarı verib və gənc buna etiraz olaraq, müvəqqəti yaşadığı kampda qollarını kəsərək intihar edib. Beləliklə, şəxsi dividentləri naminə onlarla insanın həbsinə, ali məktəblərdən, iş yerlərindən çıxarılmasına baiskar olan Ə.Kərimli bu dəfə bir gəncin ölümünə səbəbkar olub.

Onu da qeyd edək ki, özünəqəsd üsulu ilə həyatına son qoyan Fikrət adlı gənc barəsində aparılan araşdırmalardan sonra məlum olub ki, bu şəxs ümumiyyətlə, siyasətlə məşğul olmayıb, siyasi cameədə ismi hallanmayıb, ictimai sektorda bu adamı tanıyan belə olmayıb və s. Sadəcə, onun “siyasi mühacir” statusu alaraq, ölkəsini tərk etməsi üçün AXCP sədri köhnə üsulunu işə salaraq, onu “Milli Şura”nın mitinqlərinə cəlb edib, şəkillər çəkdirib sənədləşdirməsini istəyib. Çünki sözügedən statusu almaqdan ötrü müəyyən “faktlar” lazımdır ki, həmin vasitələrlə o Avropa ölkəsinə getsin. Təbii ki, belə də olub, sadəcə...

Sadəcə, Fikrət adlı gənc məhz Hollandiya polisinin onun barəsində deport qərarı verməsindən sonra anlayıb ki, aldadılıb. Yüzlərlə digər deportasiya edilmiş və Ə.Kərimlinin toruna düşmüş digərləri kimi.

Almaniyada isə bir qadın deportasiya olunmaması üçün özünü bıçaqlayıb – günahkar yenə də Əli Kərimlidir!

Yeri gəlmişkən, Fikrətin intiharı ilk hadisə deyil. Misal üçün, hələ bir neçə ay öncə Amaniyada deport edilməsinə qarşı çıxan daha bir azərbaycanlı qadın özünü bıçaqlamışdı. Xoşbəxtlikdən onun həyati təhlükəsi sovuşmuşdu. Sonradan onun AXCP sədri Ə.Kərimliyə etdiyi nifrinləri sosial şəbəkədə ictimailəşmişdi. Məlum olmuşdu ki, bu qadın da Avropaya “siyasi mühacir” statusu ilə getməkdən ötrü “Milli Şura”nın mitinqlərinə qatılıb, bir neçə selfie çəkdirib və sonda da partiya sədrindən bir neçə min dollara “dəstək məktubu” alıb. Amma nəticədə alman hüquq-mühafizə orqanları bu kimi olayı araşdıraraq, həmin qadının heç də siyasi təqiblərə məruz qalmadığını aşkara çıxarıb. Ona görə də barəsində deportasiya qərarı verilib.

AXCP sədri öz şakərinə sadiq qalaraq, “bu mənə qarşı təxribatdır” xarakterli ifadələrini işlədə bilməyəcək

Ümumiyyətlə, hazırda Avropanın bir çox ölkələrində miqrasiya axınının qarşısını almaqdan ötrü sərt qanunlar qüvvəyə minib və həmin qanunların icrasl tam dəqiqliklə yerinə yetirilməkdədir. Bu gün bir insanın ölümünə, digər insanların isə həyatlarının puç olmasına baiskar olan AXCP sədri Ə.Kərimli son anda dalana dirənəcəyinin fərqinə indidən varmalıdır. Çünki çox keçməyəcək, onun müəyyən pullar hesabına saxta sənəd, “dəstək məktubu” verərək, “siyasi mühacir” statusu verdiyi insanlar nəticədə qapısına dayanaraq, öz pullarını geri istəyəcəklər. Bax, onda AXCP sədri öz şakərinə sadiq qalaraq, “bu mənə qarşı təxribatdır” xarakterli ifadələrini işlədə bilməyəcək. O, eyni zamanda, insanların həyatları ilə oynadığına görə, boynunda qalan mənəvi borcunu da ödəyə bilməyəcək. Çünki bu borcu ödəməkdən ötrü ən azından, dəmir barmaqlıqlar arasına getməlidir. Buna isə onun cürəti çatmır. Ancaq necə deyərlər, şah qanun deyil, qanun şahdır. Bütün törətdikləri əməllərinə görə, Ə.Kərimli mütləq şəkildə cavab verməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə