Erməni generalın cinayət əməli üzə çıxıb

Erməni general Manvel Qriqoqyanın növbəti cinayət əməli üzə çıxıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Dağlıq Qarabağ regionunda generala məxsis malikanədə də çoxlu sayda konserv və əsgər payları aşkar olunub.

Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları iyunun 20-i səhər saatlarından başlayaraq “Ara Ler” adlanan ərazidə axtarışlar apararaq çoxlu sayda ət konservi, gigiyena vasitələri, benzin, patron və avtomatlar tapıblar.

Axtarışın videosu yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...