Şeref Malkoç: "Türkiyədə 3,5 milyon suriyalı qaçqın və məcburi köçkün var"

Türkiyə və Azərbaycan dost və qardaşdır. İki dövlət bir millətdir. Bu mənəvi bağlılığı fiziki bağlılığa çevirən iki ölkənin təşəbbüsündə həyata keçirilən layihələrdir". SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyənin Baş ombudsmanı Şeref Malkoç Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransındada çıxış edərkən deyib O bildirib ki, Azərbaycan və Türkiyənin birgə fəaliyyəti nəticəsində həyata keçirilən TANAP layihəsinin reallaşması ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradıb.

Baş Ombudsman deyib ki, bu gün dünyada 65 milyon insan öz evindən qaçqın və məcburi köçkün düşüb: "Bunun müxtəlif səbəbləri var. Amma ilk növbədə dövlətlər arasında yaranan müharibə buna şərait yaradan əsas səbəblərdəndir. Ermənistan tərəfindən Azərbaycan torpaqları olan Dağlıq Qarabağı işğalından sonra 100 minlərlə insan öz yurd yuvasından didərgin düşüb. Biz əminik ki, tezliklə bu münaqişə həllini tapacaq və insanlar öz yurd yuvalarına qayıdacaq".

Ş.Malkoç bildirib ki, bu gün Türkiyədə 3,5 milyon suriyalı qaçqınlar var: "Onlar ölümdən qaçaraq Türkiyəyə sığınıblar. Türk xalqı onlarla suyunu, çörəyini bölüşür. Dərdlər paylaşdıqca kiçilir, sevinclər dərdlərindən böyüyür deyiblər. Bu gün Avropada çox az sayda qaçqın olsa da, orada fəlakət yaşanır. Əgər Türkiyə qapısını suriyalı qaçqınlara açmasa idi, Avropada vəziyyət daha da pisləşə bilərdi. Avropa 1 milyon qaçqının öhdəsindən gələ bilmir".

Onun sözlərinə görə, Türkiyədə 3,5 milyon suriyalı qaçqın xəstəxanalardan, əczaxnalardan pulsuz şəkildə istifadə etmək imkanına malikdirlər: "Türkiyədə suriyalı qaçqın və məcburi köçkünlər pulsuz olaraq 31 milyon 106 dəfə müayinə, 1 milyondan çox insan xəstəxanalarda pulsuz əməliyyat olunublar. 700 min suriyalı qaçqın uşaqlar Türkiyədə məktəblərdə təhsil alırlar. Türkiyə suriyalı qaçqın və məcburi köçkünlərə 30 milyard dollardan çox pul xərcləyib. 100 minlərlə suriyalı qaçqın kiçik sahibkarlıqla məşğul olur. Bu dünya ölkələri üçün bir örnəkdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə