Arzu Nağıyev: “Ermənistan “Qarabağ kartı”ndan istifadə edir" AÇIQLAMA

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfərində əsas məqsəd ondan ibarətdir ki, bunlar “Qarabağ kartı”ndan istifadə etməkdə davam edirlər. Yəni yaxınlarda parlament seçkilərinə getməsi ilə bağlı məlum “Qarabağ kartı” seçkilərdə də mühüm rol oynayacaq. Bundan başqa son vaxtlar Qarabağda qeyri-stabil bir vəziyyət yaranıb. Çünki Bako Saakyan da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adamı, tərəfdaşı olduğu üçün məlum məsələdir ki, seçkilərdə hər hansı bir müsbət addım ata bilməyəcək. Buna görə də artıq 2021-ci ildə qondarma qurumun prezidentliyindən də imtina etməyə başlayıb”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, eləcə də son həbslər də göstərir ki, “Qarabağ kartı”ndan istifadə edərək iqtisadi cəhətdən korrupsiyaya uğrayıblar: “Yəni Dağlıq Qarabağ problemi bu gün demək olarki Ermənistanını iqtisadi, siyasi və hərbi istiqamətdə atdığı addımların hamısına zərbə vuran və maneə törədən əsas məsələdir. Məhz bu da narazılıqlara səbəb olur. Məlum məsələdir ki, Dağlıq Qarabağ ərazisində qoşun hissələri yerləşdirilib. Əgər burada sakitçilik yaranmasa sonu çevrilişlə nəticələnə bilər. Onlar artıq Azərbaycanın həyata keçirdiyi siyasətlə razılaşmağa başlayıblar. Bütün bunların fonunda Paşinyan “Qarabağ kartı”ndan istifadə edilməsini müsbət hal kimi göstərməyə çalışır. Guya yerində tanış olmaq məsələsi də gündəmdə olan problemdir. Bu siyasi addımları atırlar ki, gələcəkdə bu məsələləri öz xeyrinə həll etsinlər.

Lakin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşdə də bir daha məlum oldu ki, Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir müsbətə doğru fikri yoxdur. Paşinyan öz çıxışlarında da dəfələrlə qeyd edib ki, guya onun Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etməyə səlahiyyəti yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə