Baş nazir “Eurovision”u tənqid etdi

Türkiyənin baş naziri Binəli Yıldırım "Eurovision" mahnı müsabiqəsinin siyasiləşdirildiyini bildirib. SİA-nın verdiyi xəbərə görə, bu barədə siyasətçi "Babala TV"-yə verdiyi müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, müsabiqədə qalib gələn İsrail müğənnisi zəif idi: "Builki mahnı müsabiqəsi ideoloji forma alıb. Gələn il "Eurovision"un Qüdsdə keçirilməsi regionda gərginliyi artıracaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə