"Mehman Əliyev 10 ilə 150 milyon dollar pul alıb" BAXCP rəsmisi

"Media Klubu" yaradan adamların kimlər olduğuna diqqət edin. Böyük əksəriyyəti uzun illərdi xariclərdən qrant qoparanlardı! Bir faktıa diqqət edin. “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin özünün açıqlamasına görə, təxminən 2000-2010-cu illərdə Azərbaycan mediasına 150 milyondan çox qrant ayrılıb. 150 milyon dollar! Hara gedib bu vəsait?! Kimlərin cibinə axıb? Bəllidir ki, bu vəsaitin böyük əksəriyyəti Mehman Əliyev əldə edib. Mehman Əliyevin rəhbərlik etdiyi heç kimin də tanımadığı contakt.az saytı var. Guya bu sayt ay ərzində 50-60 min dollar yalnız tərcümələrə vəsait xərcləyib. Siz bir mətbuat işçisi kimi belə saytın fəaliyyətindən xəbəriniz olub? Bu gün mətbuat işçiləri arasında bu sayt haqqına bilki almaq istəsəniz böyük əksəriyyəti deyəcək ki, tanımıram”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu cür yollarla 10 il ərzində ayrılan vəsaiti siliblər, mənimsəyiblər: “İndi də “Media Klubu” adı ilə Mehman Əliyev və onun kimilər xaricdən vəsait qoparmaq niyyətinə düşüblər. Bu adamların əsas məqsədi budur! Hesab edirlər ki, bu cür klublarla donor təşkilatları özlərinə cəlb edəcəklər. 10 il ərzində 150 milyon dollara 5-6 böyük media holdinqi yaratmaq olardı. Niyə yaratmayıblar? Özü də bu rəqəmləri, ayrılan vəsaitləri qeyd etdiyim kimi, özləri etiraf edirlər. Təsdiq edirlər ki, Azərbaycan mətbuatına xaricdən ayrılan vəsaitin həcmi bu qədərdi. Contakt.az saytına xərclənən pulu da öz hesabatlarında yazırlar. Kim istəyirsə, onların yaydığı hesabatlarla tanış ola bilərlər. Bir sözlə, bu adamlar mətbuat adı ilə növbəti dəfə pul qoparmaq niyyətinə düşüblər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə