Novruz Məmmədov Fransa prezidentinin müşaviri ilə görüşüb

Parisə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin diplomatik müşaviri Filip Etiyen ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələr, eləcə də Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib.

Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Fransadan səylərini artırması gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə