Əflatun Amaşov: "15 iyun müstəqilliliyimizin dönməzlik təminatıdır" MÜNASİBƏT

“XX əsrdə Azərbaycanın ikinci dəfə öz müstəqilliyini qazanması xalqımızın taleyində olduqca mühüm hadisədir”. SİA-nın verdiyi məlumata görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, 1918-ci il 28 may müstəqilliyi itirilmiş dövlətçilik ənənələrimizin bərpası baxımından əhəmiyyətli idi: “1991-ci il 18 oktyabr müstəqilliyi həmin ənənələrinin yaşadılması yolundakı əzmin və iradənin təntənəsidir. 15 iyun tarixi isə müstəqilliliyimizin davamlılıq və dönməzlik təminatıdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışını məhz belə qiymətləndirirəm.

Müstəqil, müasir Azərbaycan Respublikasının oturuşmuş dövlət idarəçiliyi sisteminin əsası məhz 15 iyun tarixi ilə qoyuldu. Heydər Əliyevin 1993-cü il iyunun 15-dən başladığı yol Azərbaycan xalqının özünütəsdiq yoludur. Bu yolda problemlər çox oldu. Amma ümüdsüzlük, çarəsizlik, eniş olmadı. Bu yolda çətinliklərin aradan qaldırılması məharətini gördük. Bu yol XX əsrin görkəmli siyasi xadiminin, dövlət adamının nəhəng simasını dolğunluğu ilə canlandırdı.

15 iyun müstəqilliyimizin təhlükələrdən, təhdidlərdən qurtulduğu tarixdir. Bu tarix böyük qurtuluş, milli qurtuluş tariximizdir. Bayramınız mübarək olsun!”

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə