Tapdıq Abbas: "Media Klubu" "Soros" fondun pis niyyətindən xəbər verir” AÇIQLAMA

“"Soros" fondunun kimə və nəyə xidmət etdiyi hər kəsə yaxşı məlumdur. Bu fond, adətən, ayrı-ayrı ölkələrdə inqilab hazırlayıb, həyata keçirməklə məşhurlaşıb”. Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, o da məlumdur ki, bu fond artıq xeyli vaxtdır ki, Azərbaycanda fəaliyyətini dayandırıb: “Belə olan halda, ölkədə fəaliyyətini dayandırmış mətbu orqanlarına və baş redaktorlara maliyyə yardımı ayırıb, onların fəaliyyətini bərpa etmək və "Media Klubu" kimi lazımsız qurum yaratmaq heç də fondun xoş məramından xəbər vermir. Fondun maliyyə yardımı ayırdığı media orqanlarının sırasına diqqət yetirdikdə, onların əksəriyyətinin Azərbaycanda yaranmış mövcud sağlam media mühitində yanlış mövqe tutmadıqları üçün iflas etdiklərini də bilirik. Buna görə də, xaricdən ayrılan maliyyə yardımı ilə ölkəmizdə fəaliyyətini bərpa etməyə hazırlaşan və xaricdən idarə olunan media orqanlarının ölkəmizdə fəaliyyət göstərməsi qüvvədə olan mövcud qanunlarımıza tam ziddir və müvafiq dövlət orqanları bu cür qanuna zidd hallara qarşı ciddi ölçü götürməlidirlər”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...