Eldəniz Səlimov: “Bu hərbi əməliyyat Ermənistanın yeni hakimiyyətinə bir mesajdır” AÇIQLAMA

“Azərbaycan ordusunun Lələtəpədən başlanan uğurlu addımları Şərur rayonunun Günnüt kəndini və ona bitişik yüksəklikləri ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilməsi ilə davam edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bir daha düşmənə fikirləşməyə şans və zaman verdi: “Ordumuzun güclü olması hamı tərəfindən qəbul olunur. Dəfələrlə Ali Baş Komandan, möhtərəm Prezidentimiz dünyanın mötəbər məclislərində bəyan etmişdir ki, biz sülhsevər xalq olmaqla öz torpaqlarımızı azad olunmasına çalışırıq. Əgər bu baş verməsə, digər yollardan istifadə etməklə torpaqlarımızı azad edəcəyik. Naxçıvanda alınan torpaqlarda bu siyasətin bariz nümunəsidir. Günnüt kəndi ətrafında alınan yüksəkliklər demək olar ki, Ermənistanın bir hissəsi və Laçın yolunun tam nəzarətə alınması təmin edilmişdir. Bu hərbi əməliyyat düşmənə verilən dərsdir. Yeni hakimiyyətə bir mesajdır. Torpaqlarımızın tam azad olunması günü uzaqda deyil. Ali Baş Komandanın rəhbərliyi ilə buna yaxın zamanda ordumuz nail olacaq”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə