Bəhruz Quliyev: "Azadlıq" qəzeti "şantaj yuvası"dır

"Azadlıq" qəzeti heç bir nüfuzu olmayan beynəlxalq təşkilatlardan daha birinin növbəti saxta hesabatını dərc edib. Hesabatda iddia olunur ki, guya ölkə rəhbərliyində təmsil olunan məmurlar və onların ailə üzvləri dövlət sərvətlərini Dubaya daşıyırlar.

Vaxtaşırı olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi beynəlxalq təşkilatların Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP-ın istismara verildiyi günlərdə belə bir hesabatla çıxış etməsi heç şübhəsiz təsadüfi deyil. AZXEBER.COM məsələyə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdən münasibət öyrənib. Bəhruz Quliyevin sözlərinə görə, "Azadlıq" qəzeti "şantaj yuvası"dır və onlardan hər şey gözləmək olar:

"Araşdıranda ki, bunu hansı beynəlxalq təşkilat yayıb, məlum olur ki, həmin təşkilatı heç Avropanın özündə də tanıyan yoxdur. İndi durub demək ki, ölkəmizin sərvətləri talanır və xaricə daşınır, bu iddia yalnız ləyaqətsiz adamların işi ola bilər. Bilirsiniz ki, bütün dünyanın diqqəti bizim regiondadır. Azərbaycanın əsas rol aldığı Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP istismara verilib. Ölkəmiz regionun lider dövlətinə çevrilib. Müəyyən dairələr Azərbaycanın uğurlarına dözə bilmirlər. Keçiblər şər-böhtana, ağızlarına gələni danışır, yayırlar. Onların özləri kimdir ki, hesabatları nə olsun?! El arasında gözəl misal var: İt hürər, karvan keçər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...