AŞPA Azərbaycan üzrə məruzəçi təyin edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA ) Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək. SİA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 25-də AŞPA-nın yay sessiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt tərəfindən irəli sürülüb. Məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə