Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət müzakirə edilib

2018-ci ilin iyun ayının 11-13 tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstə-qilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsin-də qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimita-siyası üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymət-ləndirilmiş, Azərbaycan və Gürcüstanın sərhəd mühafizə qurumları arasındakı əlaqələrin dövlət sərhədində hər hansı qanunsuz fəa-liyyətin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə ver-diyi vurğulanıb.

Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Er-mənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş əra-zilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, möv-cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğu-lanmış, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-təd-ris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.

Gürcüstan nümayədə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilmişlər.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanmışdır.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...