Armen Sarkisyan qanunsuz olaraq Azərbaycan sərhəddini keçib

Ermənistan prezidenti Armen Sarkisyan qanunsuz olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, səfərin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın "dəvəti" ilə baş tutduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan dövlətinin razılığı olmadan onun işğal olunmuş ərazilərinə səfəri ölkənin "Dövlət sərhədi haqqında" qanununu pozmaq deməkdir. Dünyadakı əksər ölkələrin xarici siyasət idarələri vətəndaşlarına bu kimi qanunsuz səfərlərdən çəkinmək barədə xəbərdarlıq edib.

Məlumat üçün bildirək ki, həmin ərazilərdə insan alveri, silah qaçaqmalçılığı, narkotik vasitələrin istehsalı və tranziti, terrorçu hazırlığı və digər qanunsuz fəaliyyətlər də həyata keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...