Millət vəkili: “Əfv sərəncamı vətəndaşlarımıza bayram hədiyyəsidir” AÇIQLAMA

“Cənab Prezdentin imzaladığı əfv sərəncamları ölkə başçısının yüksək humanizm iradəsinə malik olduğunun göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, hər bir məhkumun arxasında onun yolunu gözləyən onlarla insan olur və hansı cinayət törətməsindən asılı olmayaraq hər zaman yaxınları onu düşündürür: “Ehtiyatsızlıq üzündən baş vermiş hərəkəti sayəsində yaranmış cinayət əməlinə görə məhkum olunmuş insanlar minlərlə ailələlərdə övladlar ataların yolunu, ailələlər isə ailə başçılarını gözləyir. Bu sərəncam ölkə başçısı tərəfindən sayca 63-cü olmaqla yüzlərlə ailədə minlərlə insana sevinc bəxş etmişdir. Əfv olunaraq azadlığa çıxmış hər bir şəxs yenidən cəmiyyətə inteqrasiya olunmaq və pis əməllərdən çəkinməyə şans əldə etmiş olur. Praktika göstərmişdir ki, əfv olunaraq azadlığa çıxmış məhkum həyatı yaşamış insanların çox cüzi bir hissəsi təkrar cinayət törədir. Əsasən götürüldükdə isə azadlığa çıxmış şəxslər bir də azadlıqdan məhkumluq həyatına qayıtmaqdan çəkinirlər və özlərini cəmiyyətdə doğrultmağa çalışırlar.

Düşünürəm ki, hər bir insan həyatda səhv edə bilər və dövlət də o insana özünü doğrultmağa yenidən bir şans verməlidir. Cənab Prezdentin imzaladığı əfv sərəncamları da məhkumluq həyatını yaşamış insanlara yeni bir şans hesab edirəm və çox yüksək dəyərləndirirəm. Cənab Prezdentin əfv sərəncamı cəmiyyət tərəfindən də çox yüksək səviyyədə dəyərləndirilir və böyük sevinclə qarşılanır. Əfv sərəncamı vətəndaşlarımıza bayram hədiyyəsi olmaqla həm də dövlət başçısını hər zaman öz vətəndaşını düşndürdüyünü göstərməklə cəmiyyətə bir məsajdır. Məhkumluq həyatından azad olunmuş vətəndaşlar da cəmiyyətdə özlərinə mövqe seçməli, normal həyata qayıtmaqla dövlət başçısının etimadını doğrultmağa çalışmalıdırlar”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə