Səbuhi Abbasov: "İlham Əliyev 634 insana yenidən şans verdi" MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı cəmiyyətdə böyük əks-səda doğurub”. Bunu SİA-ya internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, ölkəmiz üçün hər bir əhəmiyyətli tarix öncəsi əfv sərəncamının imzalanması Prezidentin yürütdüyü siyasi kursun humanistliyindən xəbər verir: “Bu dəfə əfv sərəncamı 634 ailəni sevindirdi. Mən media ekspert kimi əfv olunan bir çox insanların münasibətini, ailələlərinin sevincini, bütövlükdə bu prosesi təhlil etdim. İlk növbədə bu sərəncam kütləvi islah prosesinin tərkib hissəsidir. Cəzasının mühüm hissəsini çəkmiş vətəndaşlarımız bu sərəncamı cəmiyyətə adaptasiya baxımından növbəti şans kimi dəyərləndiriblər. Bəli, Prezident İlham Əliyev bir daha ölkənin bütün sosial təbəqələrini diqqətdə saxladığını sübut etdi. Bu sərəncəm 634 nəfəri deyil, bütövlükdə 30 minə yaxın insanı sevindirdi.

Bu sərəncamın həm də beynəlxalq əhməyyəti var. Bilirsiniz ki, əksər dövlətlər BMT, ATƏT, Aİ və digər qurumlar qarşısında öhdəliklər götürüblər. Təəssüflər olsun ki, bu öhdəliklərin mütləq əksəriyyəti elə kağız üzərində də qalır. Ancaq cənab İlham Əliyev hər atdığı addımla dünyaya örnək olduğunu sübüt edir. Hər il minlərlə insanın əfv edilməsi demək olar ki, dünya praktikasında yoxdur. İlham Əliyev 634 insana yenidən şans verdi. Əminəm ki, azadlığa çıxan soydaşlarımız bundan sonrakı ömürlərini sağlam şəkildə davam etdirəcəklər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə