""Qafqaz üçlüyü" filmindəki aktyor heyəti eyni tərkibdən ibarətdir” MÜNASİBƏT

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sanksiyalar məsələsinin müzakirə olunmasında, ardınca ABŞ konqresində Azərbaycana sanksiyaların tətbiq olunması üçün dinləmələrin keçirilməsində və Rüstəm İbrahimbəyovun məlum "Qafqaz üçlüyü" filmində oynanılan aktyor heyəti və truppa eyni tərkibdən ibarətdir”. Bunu SİA-ya açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə Missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, burada məqsəd TANAP-ın işə salınması öncəsi Azərbaycana xaricdən təzyiqlərin artırılmasına və bununla Azərbaycanın beynəlxalq aləmdə nüfuzdan salınmasına nail olmaqdır: “Hər kəs çox yaxşı anlayır ki, strateji layihə olan TANAP Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək önəmli layihədir. Bunu yaxşı anlayanlar öz ölkəsindən güzəşt qoparılması üçün xarici qüvvələrə yaxşıca alət olublar.

Seçkilərin baş tutmasına mane ola bilməyən bu qüvvələr indi daha da aktivləşərək mühüm layihə öncəsi ölkəmizə qarşı olan inamı beynəlxalq aləmdə sarsıtmağa cəhd göstərirlər. Onlar çoxdan düşmənin qucağına oturublar və ölkənin marağlarını satıblar.

"Hakimiyyətin uğuru ölkəmizin uğuru deyil" prinsipi ilə yaşayan bu insanlardan əslində başqa bir şey gözləməyə dəyməz. Çox təəssüf ki, Azərbaycanın uğurlarına mane olmaq üçün bu dağıdıcı şəbəkə ermənilərə və Azərbaycanın müstəqilliyini istəməyən istənilən qüvvələrə xidmət edirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə