“Mübariz” filminin çəkilişlərinə bu tarixdə başlanılacaq

“Mübariz” filminin çəkilişlərinə bu ilin yay aylarında başlanılacaq. Film Azərbaycan və Türkiyənin ortaq layihəsi olaraq təqdim olunacaq. Həm Azərbaycanda, həm də Türkiyədə insanlar Milli Qəhraman Mübariz İbrahimova həsr olunan bu filmin çəkilişlərini səbirsizliklə gözləyirlər. Təşkilatçılaradan SİA-ya verilən məlumata görə, filmdə rol alacaq aktyorların əksəriyyətinin hal-hazırda Türkiyədə gedən serillarda rol almasına görə həmin serialların fasiləyə çıxmasını gözləyirlər ki, “Mübariz” filminin çəkilişlərinə başlaya bilsinlər.

Qeyd edək ki, “Mübariz” filminin ssenarisinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində baxılıb və bəyənilib. Buna görə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin icazəsi ilə bu fimin çəkilişləri yalnız Türkiyənin “Renk Medya” şirkətinə həvalə olunub.

Şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun filmin çəkimləri və hansı şirkətin çəkəcəyi ilə bağlı şəxsi razılığı da alınıb. Nazirlik rəsmi olaraq filmə təşkilatı dəstəkçidir. Filmin maliyyə məsələsini isə iş adamı Fərhad Əhmədov öz üzərinə götürdüyünü bildirib. Özü xaricdə yaşasa da və biznesinin böyük hissəsi xaricdə olsa da daima ölkəmiz və dövlətimiz üçün əməli fəaliyyətləri olan, iş adamı Fərhad Əhmədov bu filmin maliyyə məsələsinin həll olmasını öz öhdəsinə götürdüyünü bildirərək qeyd edib: “Biz bu filmi çəkərək bir daha dünyaya cənab Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycanın ordusunun və gənclərinin gücünü göstərmiş olacağıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə