“Rüstəm İbrahimbəyova verilmiş bütün fəxri adlar geri alınmalıdır!” - AÇIQLAMA

“Rüstəm İbrahimbəyovun son illər Azərbaycana qarşı apardığı çirkin siyasət çox eybəcərləşib. Onun bu çirkin hərəkətləri Azərbaycan dövlətinə və xalqına xəyanətdir”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, R.İbrahimbəyovun "Qafqaz üçlüyü" filmində bu çirkinlik özünün pik həddinə yüksəlib: “Filmdə "vəhşi azərbaycanlı" obrazı yaradaraq, milləti təhqir edən bu yaramaz sanki bu ölkənin vətəndaşı deyil. Rüstəm İbrahimbəyovun bu cür alçaqlıq edərək, öz xalqına qarşı xəyanətkar mövqe tutması onun düşmən ölkələrin əlində ölkəmizə qarşı alətə çevrildiyini sübut edir. Rüstəmin ssenarisi əsasında son illər ölkəmizin və xalqımızın əleyhinə çəkilmiş bir neçə filmin ermənilərin sifarişi əsasında çəkilməsinə şübhə etmirəm. Çünki bu filmlərdə xalqımız ermənilərin istədikləri şəkildə, vəhşi, cinayətkar, barbar kimi təsvir edilir. Rüstəm İbrahimbəyovun dövlətimizə və xalqımıza qarşı etdiyi xəyanətlərə görə, ona verilmiş bütün fəxri adlar geri alınmalıdır! Belələrinə qarşı hər cür sərt tədbirlərin dövlət səviyyəsində görülməsinə ciddi ehtiyac olduğunu düşünürəm”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə