Musa Quliyev: “Əfv sərəncamı ilə yüzlərlə ailə, minlərlə insan sevinəcək" MÜNASİBƏT

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı əfv sərəncamı bütün Azərbaycan ictimaiyyətinin ürəyincə olan bir sərəncamdır. Bu sərəncam Azərbaycana barış, hümanizm, vətəndaş həmrəyliyi gətirən bir qərardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu əfv sərəncamı ilə cənab Prezident vaxtilə müəyyən cinayətlər törətmiş və öz səhvlərini başa düşmüş insanlara qarşı böyük hümanistlik göstərib: "Bundan sonra o insanlar həyatda düz, namuslu yol tutacaqlar və heç bir qeyri-qanuni əmələ yol verməyəcəklər. Eyni zamanda bu sərəncam bir daha Azərbaycan xalqının öz dövlətinə inamını artırır, öz Prezidentinə güvənini artırır. Eyni zamanda Prezidentin öz vətəndaşlarına qayğıkeş münasibətini bir daha ortaya qoyur. Hesab edirəm ki, bu əfv sərəncamından əfvə düşən yüzlərlə ailə, minlərlə insan sevinəcəkdir. Bu da həmin insanları bir daha Azərbaycan dövlətinin ətrafında birləşməyə, cənab İlham Əliyevə sədaqətlə sədaqətlə xidmət etməyə sövq edəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...