Anar Xəlilov: “Bunun bir adı var, xəyanət”

“ 2013-cü ilin prezident seçkilərində Rüstəm İbrahimbəyovun Rusiyanın bəzi dairələrinin sifarişi ilə “Milli Şura” tərəfindən namizədliyi verilərkən apardığı rol Azərbaycan ictimaiyyətinə tanışdır. İbrahimbəyov o zaman da konkret olaraq “5-ci kolon” adlanan qüvvələrin namizədi kimi Rusiyanın tapşırığını yerinə yetirirdi”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov bu filmin ssenari müəllifi kimi də Rusiyanın hansısa qaranlıq qüvvələrinin sifarişini yerinə yetirməsi aydındır: “Həmin qaranlıq qüvvələrin də Rusiyanın Ermənistanın müttəfiqi olmasını nəzərə alsaq onun kimə xidmət etməsi şübhə doğurmur. Öz millətini alçaltmaqla kənar qüvvələrin yanında xal qazanmaq heç kimə uğur gətirmir, bunun bir adı var xəyanət. Azərbaycan torpaqlarının xaincəsinə ermənilər tərəfindən işğal olunduğu bir vaxtda Xocalıda dinc insanların vəhşicəsinə qətliam edildiyi bir dövrdə, milyonlarla azərbaycanlının öz dədə-baba torpaqlarında qovulduğu bir zamanda ermənini öz əsərində yüksəltmək və millətini aşağılamaq utancvericidir. Rüstəm İbrahimbəyov kimilər vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin çökməsində də xidmət göstərmişdilər. Məhz xidmət göstərdikləri dairələr onları 37-ci ildə güllələdi. Rüstəm İbrahimbəyov kimi bu gün də bu yolu tutan insanlar tarixin cəzasını alacaqlar. Azərbaycan xalqı bu cür sapı özümüzdən olan baltaları çox görüb, amma həmişə də qalib gəlib. Bu addım azərbaycanlı adına yaraşmayan bir addımdır və mən bir şuşalı kimi bunu qətiyyətlə pisləyirəm”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə