“Bu qədər rəzil hərəkəti şərh etməyə ifadə tapmaqda çətinlik çəkirəm” - AÇIQLAMA

“Rüstəm İbrahibməyovun bu hərəkətini 2 kontekstdən şərh etmək olar. Birinci, kontekst odur ki, tarixə yanlış baxır, həqiqətləri danır. Ermənilər tarixən təkcə Azərbaycan xalqı ilə problem yaşamayıblar ki?! Onlar harada olublarsa, həm yaşadıqları dövlətə, qonşu olduqları xalqlara, həm də özlərinə problem yaradıblar”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sölərinə görə, ermənilərin öncə Bizansdan, sonra Osmanlıdan qovulmaları təsadüfi deyil: “Yəni bu xalqın öndə gedənlərinin yanlış, şovinist siyasətləri həmişə problem doğurub. Bunu nə Rüstəm İbrahimbəyov, nə də başqa biri təkzib edə bilməz, çünki tarixdə bu faktı isbat edən yüzlərlə tarixi sənəd var. İndi Rüstəm İbrahimbəyovun erməniliyi “mələk kimi” təqdim etməsi tarixin özünün saxtalaşdırılmasıdır. Məsələnin ikinci tərəfi odur ki, ermənilər Azərbaycan xalqına qarşı qəddar davranıblar, torpaqlarımızı işğal ediblər, soydaşlarımızı soyqırıma məruz qoyublar. Bunlar uzaq keçmiş deyil ki, unudulsun, yaxud, saxtalaşdırılsın, dəyişdirilsin. Bunlar son 200 ilin prosesləridir və real dəlillərlə sübut olunur. Özünü Azərbaycanlı adlandıran şəxs buna necə laqeyd qala bilər?! İnsan özü-özünü, milli kimliyini necə dana bilər, necə pisləyə bilər?! Açığı bu qədər rəzil hərəkəti şərh etməyə ifadə tapmaqda çətinlik çəkirəm...”

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə