Ermənistan təhlükəli “oynamağa” başladı

İşğalçının Naxcıvan həmləsi Rusiya və Türkiyəni üz-üzə qoya bilər

Ermənistanın yeni siyasi hakimiyyətinin son davranışları bölgədə hərbi gərginliyi ən pik həddə çatdıra bilər. Söhbət Paşinyan hakimiyyətinin sifarişi ilə Naxcvanla sərhəddə qeydə alınan provakasiyalardan gedir. Uzun müddətdən sonra cəhbənin Naxcıvan hissəsində milli ordumuz şəhid verdi. Özü də bu hadisə İrəvanın yüksək çinli məmurlarının Naxcıvanla üzbəüz olan təmas xəttinə məlum səfərlərindən sonra baş verdi. Yəni diversiya həmləsi ilə bağlı tapşırığın bir başa İrəvanın siyasi elitasından gəlməsi heç kim də şüphə doğurmur.

Ermənistanın yeni hakimiyyətinin bu cür addımlarının arxasında dayanan hədəflər isə daha təhlükəlidir. Özü də ssenarinin İrəvanda çızılması o qədər də inandırıcı görünmür. Birinci hədəf Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə bir başa qoşulamsına nail olmaqdır. Beləcə, Paşinyan Putini Qarabağ münaqişəsi ilə bağlı açıq mövqe sərgiləməsinə çalışır. Digər təhlükəli manevr isə Naxcıvan üzərindən Türkiyəni də aktiv hərbi əməliyyatlara sürükləmək, bununla Ankara ilə Moskvanı üz-üzə qoymaqdır. Yuxarıda da qeyd etdiyim kimi ssenari olduqca ağırdır və çətin Ermənistanda hazırlansın.

İrəvan təhlükəli oyunun sadəcə bir peşakası rolundadır. Bir sözlə bu gün Ermənistanı plasdarm kimi istifadə etməyə çalışan güc dövlətləri bölgədə siyasi durumu çıxılmaz məcraya yönəltməyə cəhd edir. Bəs bu siyasi gedişlərə necə cavab verilməli? Və ya Bakının səbirli davranmasının pərdə arxasında nələr dayanır? Hazırki durumda Azərbaycan üçün birinci məsələ İrəvandakı yeni hakimiyyətlə göz-gözə gəlib, Paşinyan komandası ilə Qarabağ məsələsini üzbəüz müzakirə etməkdir.

Rəsmi Bakı İrəvandan səslənən sərsəm bəyanatların sahibəri ilə tetatet görüşməklə qaranlıq məqamlara aydınlıq gətirmək istəyir. Bu həm də Azərbaycanın gələcək yol xəritəsini müəyyənləşdirəcək. Daha dəqiq desək Bakı “Azərbaycan Ermənistanın yeni hakimiyyəti ilə görüşmədən müharibəyə başladı” kimi siyasi spekulyasiyaları da neytrallaşdırmış olur. Paşinyan hakimiyyəti ilə görüş keçirilir, mövqeylər tam bəlli olur.

Müharibəyə gəlincə: Savaş başlayırsa deməli Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindəndir. Və İrəvanın beynalxalq hüququ tapdalaması tam şəkildə dünya ictimaiyyətinə çatdırılır. Diplomatik təmasların nəticə vermədiyi artıq Bakıda yaxşı dərk edilir. Qısası Bakının səssiz gedişləri genişmiqyaslı son Qarabağ müharibəsinə zəmin hazılamaqdadır. Böyük savaşın ilk addımları isə artıq eşidilir. Azərbaycan paytaxtında keçiriləcək hərbi parat, nümayiş olunacaq silahlar Ermənistanın üzləşəcəyi ağır faciənin xəbərcisidir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə