BAXCP rəsmisi: "İbrahimbəyovun bir adı bar, satqın" MÜNASİBƏT

“İbrahimbəyov milli satqınlarımızdandır. Bu onun alnına vurulmuş möhürdür. Filimdə azərbaycanlıları vəhşi, qorxaq, qaragüruh kimi göstərən adam nə olmalıdır ki?! Utanmadan göstərir ki, guya biz dinc erməni ziyalısını linç edən bir xalq olmuşuq”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, sanki ermənilər bizim deyil, biz ermənilərin soyunu qırıb tükətməyə çalışmışıq: “Axı bütün dünya qəbul edir ki, bizim torpaqlarımızı işğal edən, Xocalı kimi faciəni bizim xalqa yaşadan məhz ermənilərdir. Satılmış İbrahimbəyov isə, bunun əksini yazır, çəkir və dünyaya göstərir. Bunun adı nə nədir? Yaramazlıq! Bu gün Ermənistanda bir nəfər azərbaycanla yaşamır və bunu ermənilər imkan da verməz. Ancaq Azərbaycanda rəsmi olaraq 30 000 erməni yaşayır. Kimdir vəhşi xalq?! İbrahimbəyov bütün bunlardan sonra öz soyadını dəyişməlidir. İbrahimyan etsə, daha doğru və ədalətli olar. Vaxtilə bu adam Rusiyanın layihəsində əsas rol almışdı və radikal müxalifətin bütün təmsilçilərini bu oyuna cəlb etmişdi. Bu gün də o Milli Şuranın fəxri sədridir. Bütün cəmiyyət onun bu filiminə kəskin etiraz edir, partiya yetkiləri, QHT sədrləri, tanınmış jurnalistlər, fəallar, yüz minlərlə facebook istifadəçiləri, ancaq hələ də Cəmil Həsənli, Əli Kərimlinin səsi çıxmır. Görünür, onlar da Rüstəm İbrahimyanın fikirləri ilə razıdırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə