“Bu, kəşfiyyat orqanlarının verdiyi tezislər əsasında yazılan mətindir”

“Rüstəm İbrahimbəyovun mövqeyi həqiqətən acınacaqlı mövqedir. Bu acınacaqlı mövqe təkcə onun erməni tezislərini bu cür vicdansız formada müdafiə etməsi deyil. Yəni söhbət xalqın tənqidindən getmir, xalqın hansısa bir nümayəndəsinin xarakterinin aqressivliyinin göstərilməsində də getmir, burada sanki rus kəşfiyyatının istiqamətləndirdiyi yöndə bir etməni simpatiyası yaratmaq üçün çalışmadan söhbət gedir”. Bunu SİA-ya açıqlamasında Böyük Qurtuluş partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, ədəbiyyat istənilən vaxt belə bir neqativ bir təzahürləri öz əsərində canlandıra bilər: “Yazıçının vicdanı onunla müəyyən olunur ki, yazıçı hər iki tərəfə humanizm ideyaları ilə yanaşaraq hər iki tərəfdən hansısa aqressiv elementlər varsa onu paralel şəkildə göstərməklə bunun insan humanizminə uyğun gəlmədiyini ifadə edə bilər. Ola bilsin ki, lap Azərbaycanın haqlı davasını müdafiə etməsin, haqlı mövqeyini göstərməsin. Əkrəm Əylislinin “Daş yuxular” əsərində də eyni motiv qabarırdı. Rüstəm İbrahimbəyovun filmində öz xalqını bir-birini ittiham edərək, digərinin alicənablığını göstərməkdən böyük naşılıq, nadanlıq və qərəzlilik ola bilməz. Ona görə də, burada məhz o nadanlığı görəndə üzülürsən ki, bu qədər yetkin səviyyəyə çatmış bir yazar süjetini özünün bir vicdan parametrləri ilə təqdim edə bilmir. Yəni burda paralelik heç olmasa göstərmək lazım idi. Öz xalqını aşağılayaraq başqasının üstünlüyünü göstərən bir mövqe sərgiləmək bu açıq-aşkar artıq ədəbi mətin deyil, siyasi mətindir. Ədəbi mətin olsa, buna normal yanaşmaq olar. Hətta deyək ki, bir azərbaycanlının mənfi obrazını yaratmağı erməni konteksində etməsəydi, yenə də buna bədii mətn kimi baxmaq olardı. Amma bunu ermənilərlə müqayisə, ermənilərlə rəqabət konteksində verəndə bu bir başa demək olar ki, kəşfiyyat istiqamətidir. Həm də, bu birbaşa Rüstəm İbrahimbəyov adlı Rusiyanın səviyyəsiz bir kəşfiyyat qurumunun təmsilçisinin yaratdığı ictimai rəydən başqa bir şey deyil. Ona görə də, bu həqiqətən üzücü bir məsələdir. Hər halda bir yazarın bütün hallarda linc edilməsinin həmişə əleyhinə olmuşam. Əkrəm Əylisli mövzusunda da bu cür yanaşmışam ki, yazıçının dəyəri başqadır. Yazar cəmiyyəti də tənqid edə bilər, belə fikirlər səsləndirə bilər. Məhz bu konteksində göstərmək, bu artıq bədii mətn deyil, siyasi mətindir. Bu kəşfiyyat orqanlarının yönləndirdiyi, verdiyi tezislər əsasında yazılan mətndir və yaxud da onların gözünə girmək, onlara yaltaqlanmaq, özünün sadiqliyini göstərmək üçün verilən bir mətndir.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə