AXC Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə