Mübariz Qurbanlı: “Qeyri-qanuni dini mərasim icra etmək qəti qadağandır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda müvafiq icazəsi olmadan dini və yaz mərəsimləri aparan mollalarla bağlı məsələyə münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycanda yalnız rəsmi şəkildə təsdiq olunmuş şəxs din fəaliyyət ilə məşğul ola bilər.

Onun sözlərinə görə, bu tək İslama aid deyil: "Kimsə İslama zidd fəaliyyət göstərirsə inzibati qaydada cəzalandırılır. Qeyri-qanuni dini mərasim icra etmək qəti qadağandır. Bir nəfər əlinə təsbeh alıb, başına papaq qoyub, əyninə dini qiyafə geyinib, amma rəsmi icazəsi olamdan dini fəaliyyət göstərirsə bu qanunsuzluqdur. Hər şey qanun çərçivəsində olmalıdır. Buna qarşı mübarizə davam edir və gələcəkdə də davam edəcək. Bəzən belə şəxslər insanları aldadaraq qeyri-qanuni kəbin də kəsirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə