Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.

SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...