Prezident və baş nazir Gürcüstana gedəcək

Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan Gürcüstana səfər edəcək. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Armen Sarkisyan mayın 25-26-sı tarixlərində Gürcüstanın 100 illiyi münasibətilə Tbilisiyə gedəcək. Baş nazir Nikol Paşinyanın səfəri isə mayın 30-31-i arasında baş tutacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...