Milli Məclisin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev, deputatlar Sədaqət Vəliyeva, Azər Badamov Slovakiyanın paytaxtı Bratislavada səfərdədirlər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkilləri Azərbaycan-Slovakiya əlaqələrinin 25 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Deputatlarımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparacaqlar.
Səfər mayın 24-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...