“Heç kimin ixtiyarı yoxdur ki, şəhidimizin adından yararlansın" MÜNASİBƏT

“Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər kəs bizim and yerimizdir, qürurumuzdur. Kimsə öz çirkin məqsədləri üçün şəhid olmuş şəxsin atasından, ailəsindən və ya sosial durumundan istifadə edib siyasi çalarlar verə bilməz, bu, yolverilməzdir, daha yumşaq desək, vicdansızlıqdır”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavinin sözlərinə görə, ötən gün radikal müxalifətin təmsilçiləri şəhidimiz Adil Tatarovun atasının şəklini yayıb, bununla öz siyasi məqsədlərini həyata keçirirlər. Heç kimin ixtiyarı yoxdur ki, müqəddəs şəhidimizin adından, ailə üzvülərindən bir vasitə kimi yararlansın. Cəmiyyət bunu edənləri şiddətlə qınamalıdır. Hər kəs başa düşür ki, övlad itkisinin sarsıntısını yaşamaq nə deməkdir. Sonda bir məqamı qeyd etmək istəyirəm ki, Vətən üçün şəhid olmaq çox böyük xoşbəxtlik sayılır. Şəhidlərimiz isə, hər zaman xalqımızın ürəyində yaşayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə