"İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib"

"İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib. Bu ölkə bütün regional layihələrdən kənarda qalıb". SİA-nın verdiyi məlumata görə, bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda bir sıra mühüm irimiqyaslı nəqliyyat və enerji layihələri həyata keçirilib. Onun sözlərinə görə, bir neçə gün öncə açılışı gerçəkləşən

Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi və strateji önəm kəsb edir.

"Bu bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ermənistan istisna olmaqla bütün region dövlətləri bu layihədən bəhrələnəcək. Çünki Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən əl çəkmək istəmir. Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür. Azərbaycan dövləti bu mövqeyini dəfələrlə bəyan edib"-deyə, deputat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə