“Qərarların qəbulunda vətəndaş iştirakçılığı” KONFRANS (YENİLƏNİB) - SƏS TV

Bakıda “Qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Avropa Şurası və Avropa İttifaqının Azərbaycan nümayəndəliklərinin rəhbərləri, Milli Məclisin üzvləri, hökumət nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransa Avropa Şurası Bakı Ofisinin rəhbəri Zaldan Herneyş moderatorluq edib.

Moderator bildirib ki, Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə üzərinə düşən öhdəliklərini yerinə yetirir.

Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihə həyata keçirildiyini deyən moderator söyləyib ki, vətəndaş cəmiyyəti təşkilatları bu layihənin icrasına açıq şəkildə töhfə veriblər: "Bu əməkdaşlığın nəticəsi müasir, modern cəmiyyətin yaranmasına gətirib çıxaracaq. Bu gün bizim mövzumüza əsasən qərarların qəbulunda vətəndaş iştirakçılığıdır ki, bununla bağlı sənəd hazırlanıb. Konfransa təlimatlar haqqında danışılacaq. Əminik ki, müzakirələrdən sonra biz öz məqsədimizə nail olacağıq. Tədbirə görə, Azərbaycan hökumətinə təşəkkür edirik, Avropa Şurası daim əməkdaşlıq etməyə və öz töhfələrini verməyə hazırdır".

"QHT qanunvericiliyi ilə bağlı hər kəsin fikir bildirməsinə ehtiyac var. Avropa İttifaqının da bu sənədin hazırlanmasında verdiyi maliyyə dəstəyinə görə təşəkkür edirik"- deyə Z.Hernyeş qeyd edib.

Avropa Şurası Demokratiya Baş Direktorluğunun Demokratik İdarəçilik Departamentinin rəhbəri Daniel Popescu bildirib ki, mövcud qanunvericilik təkamül prosesində inkişaf etdirməlidir: “Çalışırıq ki, bu, bir qədər yaxşılaşsın və iştirakçılığı daha adan şəkildə təşkil etmək mümkün olsun”.

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da layihənin icrasında əsas məqsədin bu sahəni təkmilləşdirmək və bu günün, sabahın tempinə uyğun inkişafını təmin etmək olduğunu vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda qanunların qəbulundan vətəndaş cəmiyyətinin iştirakçılığı təşkil olunur: "Amma müzakirələr onu göstərir ki, biz bu istiqamətdə daha çox işlər görməli, irəliyə getməliyik. Bildiyiniz kimi, 4 il bundan öncə Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Bu dövr ərzində qanunvericiliyimizn təkmilləşməsinə vətəndaş cəmiyyəti mühüm rola malikdir. Bilirsiniz ki, ölkəmizdə yeni hökumət formalaşıb. Bundan sonra da bu istiqamətdə daha mühüm addımlar atılacaq. Qərarların qəbulu prosesində Azərbaycan Avropa Şurasını dinləməyə hazırdır. Hesab edirəm ki, biz birlikdə vətəndaş cəmiyyətinin iştirakçılığı ilə mühüm qərarlar qəbul edəcək. Bu məsələdə onlarla yekdillik".

Daha sonra çıxış edən millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyəyib ki, Azərbaycanda qərarların qəbulunda vətəndaş iştirakçılığının Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsinin əsas tələbidir: “Bu tələbi yerinə yetirmək üçün qəbul edilmiş qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti orqanlarında, yerli özünü idarəetmə orqanlarında ictimai şuralar yaradılıb. Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi Əsasnaməyə əsasən vətəndaş qurumları bir araya gələrək nazirliklər yanında özünün qurumunu yaradır ki, qəbul edilən qərarların hazırlanmasında iştirak etsinlər”.

Konfrans sessiyalarla davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə