Əli Əhmədov Laosun nümayəndə heyəti ilə görüş keçirib YENİLƏNİB-FOTOLAR - VİDEO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev iştirak edib.

YAP-ın sədr müavini bildirib ki, səfər iki ölkənin hakim partiyası arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “İki partiya arasında səmərəli əməkdaşlıq yaranıb və bu əlaqələrin inkişaf etdirilməsi hər iki partiyanın maraqlarına cavab verir. Partiyalar arasında qarşılıqlı əlaqələr müntəzəm olaraq baş tutur və iki partiya arasında mühüm sahələrdə dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verir”.

Nümayəndə heyətinin rəhbəri, Laos Xalq İnqilabı Partiyası (XİP) Mərkəzi Komitəsinin (MK) üzvü, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak qeyd edib ki, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsinə verir. Qonaq ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və iki partiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olacaq.

Görüşün davamı mətbuata qapalı olub.

Qeyd edək ki, Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsi sədri xanım Sounton Sayaçakın rəhbərliyi ilə Azərbaycana səfər edən nümayəndə heyətinin tərkibində - Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin kabinet müdiri cənab Kampan Anlavan, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin Avropa və Amerika şöbəsinin baş director müavinləri xanım Siripon Kuhatep, cənab Senqpakan Vantanuvonq, Laos XİP MK-nın Xarici əlaqələr komitəsinin Avropa və Amerika şöbəsinin rəsmisi cənab Vankam Petpayvan və Laos Xalq Demokratik Respublikasının Rusiyadakı səfiri cənab Petvorasak Siviengpet yer alıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə