"Azərbaycanın ATƏT PA ilə əməkdaşlığı dinamik xarakter daşıyır" AÇIQLAMA

"ATƏT Parlament Assambleyası ilə Azərbaycan parlamenti və ölkənin digər qurumları arasında münasibətlər bütün çətinliklərə baxmayaraq yüksələn xətlə inkişaf edir. Azərbaycanın bu qurumla əməkdaşlığı dinamik xarakter daşıyır". SİA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətin rəhbəri Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ən fəal nümayəndə heyətlərindən biridir. Azərbaycan qurumun işinə çox böyük dəstək, töhfə verir, həmçinin ölkəmizin təşəbbüsü ilə bir neçə ciddi layihələr həyata keçirilib. Bunlardan biri 22 ölkəni birləşdirən İpək Yoluna Dəstək Qrupudur"- deyə A. quliyev qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə