Ərdoğan və BMT-nin baş katibi nəyi müzakirə edib?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı keçirilib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, telefon söhbətində Suriya və Fələstindəki vəziyyət müzakirə olunub.

Tərəflər qərara gəlib ki, Qəzza zolağında İsrailin fələstinlilərə qarşı hərəkətlərinə dünya ictimaiyyəti tərəfindən daha sərt reaksiya verilməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə