“Exo” qəzeti fəaliyyətini dayandırır

Azərbaycanda aparıcı rusdilli qəzet olan "Exo" maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırır. SİA-nın məlumatına görə, bu barədə qəzetin redaksiyası məlumat yayıb. Redaksiya bəyan edib ki, mərhum baş redaktor Rauf Talışinskinin bu yaxınlarda vəfat etməsindən sonra qəzetin maliyyə problemləri artıb və həllolunmaz vəziyyətə dirənib.

Kollektiv qərara alıb ki, mayın 26-da "Exo"nun sonuncu nömrəsi dərc edilsin və sonra bağlansın.

Xatırladaq ki, baş redaktor Rauf Talışinski mayın 8-də 61 yaşında qəfil ürəktutmasından vəfat edib.
"Exo" qəzeti 2001-ci ildən müstəqil mətbu orqan kimi fəaliyyət göstərirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə