“Qrantoyed” müxalifətin pul savaşı ANALİTİK

Yaxud, əsl eşşək siyasəti

Uzun illərdir daha çox qrant qazanmaq və mənimsəmək uğrunda bir-birlərinə qarşı olmazın hücumlar edib, təhqirlər yağdıran sözdə müxalifət ünsürlərinin – 5-ci kolonçuların "simalarını" açığa çıxaran budəfəki faktlar tükürpədici və ikrahdoğurucu əsaslara söykənib. Belə ki, Azərbaycanın dövlətçilik maraqlarını heçə sayaraq, öz kirli maraqları ilə əvəzləyən bu ünsürlər hətta o dərəcədə azğınlaşıblar ki, artıq müxtəlif xarici təşkilatların ölkəmizə yönəlmiş tədbirlərində bir-birlərini ittiham edir, daha çox pul qazanmaq üçün faktiki olaraq, düşmən tərəflərə çevrilirlər. Məhz bu amil ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu gün dırnaqarası müxalifətin gerçək üzü ortaya çıxır və onlar elə özləri-özlərini ifşa etməklə məşğuldurlar.

İki cinah barışmaz savaşda

Bəlli olduğu kimi, dağıdıcı ünsürlərin bir neçə gün qabaq ABŞ konqresində, Helsinki komissiyasının iclasında kəskin qarşıdurması baş verib və bu qarşıdurma hazırda sosial şəbəkədə ən ifrat dərəcədə ifadələrlə əvəzlənib. Məsələ ondadır ki, Azərbaycan əleyhinə keçirilən dinləmələrdə "Meydan TV"nin təmsilçisi olaraq, çıxış edən Emin Milli AXCP sədri Əli Kərimli və onun ətrafında olan şəxslər barədə aşırı tənqidi fikirlər işlədib. Avropdada aparıcı "qrantoyed" –yəni qrantyeyən kimi tanınan E.Milli əsas olaraq, Ə.Kərimlini müxalifətin digər cinahında olan şəxslərə qrant almağa mane olduğunu, fəaliyyətlərinə baryerlər qoyduğunu deyib. Daha dəqiq desək, radikal müxalifətin və onun satellit QHT-lərinin "haqqını" və ayrılan qrantları təkbaşına mənimsədiyini iddia edib. Söz yox ki, E.Millinin fikirləri

dərhal qarşı tərəfin etirazlarına səbəb olub və qrant savaşı sosial şəbəkələrə transfer olunub. Ə.Kərimlinin söyüş qrupu bütünlüklə "Meydan TV"nin rəhbərinin üzərinə düşüb, o satnıqçılıqda, fahişəlikdə və s. məsələlərdə ən ağır ifadələrə məruz qalıb.

Xədicə İsmayılın Əli Kərimlidən qisas almaq üçün şansı var?

Söz yox ki, bu kimi məsələlərdə daim öndə olan Xədicə İsmayıl da sözügedən "müzakirələrə" qatılıb, xüsusilə, Ə.Kərimliyə qarşı fikirlər səsləəndirib. Çünki X.İsmayılın hələ 2016-cı ildə Ə.Kərimli ilə qarşıdurması olmuşdu. Bu məsələ isə onun AXCP sədrindən qisas almasına şərait yaradb. Xatırladaq ki, "siyasi məhbus siyahısı" ətrafında baş qaldırmış qarşıdurmada X.İsmayıl iddia etmişdi ki, Ə.Kərimli həmin "siyahıya" aidiyyatı olmayan şəxslərin ad və soyadlarını əlavə edərək, onların ailələrindən müəyyən məblğədə pul alıb. X.İsmayıl Ə.Kərimlinin siyasi partiya sədri olaraq, bu kimi məsələlərə qarışmasının yolverilməz olduğunu müəyyən təşkilatlara çatdırıb. Sonradan, bu məsələ ara versə də, hazırkı qrant savaşı onun yenidən yaranmasına zəmin verdi.

Beləliklə, X.İsmayılın E.Milli tərəfindən çıxış etməsi, yəni Ə.Kərimliyə qarşı hücumlara keçməsi ABŞ-da yaşayan və AXCP sədrinin təbliğatını aparan Sevinc Osmanqızının müdaxiləsinə səbəb olub. X.İsmayıl S.Osmanqızıya qarşı danılmayacaq faktlar irəli sürüb. O, deyib ki, Osmanqızını "Meydan TV"-nin direktoru olmaq üçün mübarizə aparır və buna görə də oradan qovulub.

Sevinc Osmanqızı Rəsul Quliyevin pullarını Əli Kərimliyə yedirir

Həmçinin deyilib ki, S.Osmanqızı ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamağa çalışır və bu proqramdan AXCP sədrinin də yararlanacağını istəyir. Sadəcə, R.Quliyev S.Osmanqızının bu planlarından xəbərsizdir. Çünki bildiyimiz kimi, R.Quliyevin Ə.Kərimliyə qarşı potoloji nifrəti var və əgər bilsə ki, S.Osmanqızı onun vəsaitləri ilə Ə.Kərimli ilə iş birliyinə girir, həmin proqramı dayandıracaq.

Söz yox ki, ifşa olunduğunu görən S.Osmanqızı onun barəsində üzə çıxan faktlara qarşı arqument qoya bilmədiyi üçün sadəcə, X.İsamayılı xəstə adlanrıraraq, onu təhqir edib. X.İsmayılın siyasətlə məşğul olmalı deyil, reallıqda ruhi xəstəxanada yatmalı olduğunu deyən S.Osmanqızıya Ə.Kərimlinin müdafiəçisi Natiq Ədilov qahmar çıxıb.

Aslan İsmayılov müqəvva, Emin Milli eşşək, Xədicə İsmayıl xəstə...

N.Adilov E.Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə günahlandıran vəkil Aslan İsmayılov haqqında da sət şəkilli tənqidi status yazıb. O, A.İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. N.Adilov hesab edir ki, A.İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır.

Belə olan vəziyyətdə "Milli Şura"nın sədri Cəmil Həsənli də AXCP sədrinin müdafiəsinə qalxıb və E.Millinin ABŞ konqresində Azərbaycan dövlətinin əleyhinə yönəlmiş dinəmələrdəki çıxışına iradını bildirib. O, xüsusilə "Meydan TV" rəhbərinin hazırkı zamana qədər aldığı qrantları doğrultmadığını deyərək, bundan sonra ayrılacaq qrantları özləri almalı olduğuna işarə vurub. Daha doğrurusu, görünən həm də budur ki, "Meydan TV"-yə ayrılan iri həcmli qrantlar C.Həsənlini ciddi narahat etməyə başlayıb.

Nəticə olaraq, görünən budur ki, bütün müxalifət düşərgəsində qrant uğrunda amansız, barışmaz didişməyə start verilib.

Əgər belə olmasa idi Ə.Kərimlinin daha bir müdafiəçisi rolunda çıxış edən Kamil Vəli Nərimanoğlu Emin Millini Emin Zilli adlandırmaqla yanaşı, onun haqqında eşşək təhqirini işlətməzdi. O cümlədən, tərəflər bir-birlərini xəstə adlandırmazdı.

Beləliklə, baş verən faktların təhlilindən görünən budur ki, sözdə "demokratiya carçıları" deyilən bu satqınlar yığnağı dövlət maraqlarnı hər an satmaq üçün girişdikləri qrant didişmələrini hələ çox aparacaqlar. Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışan, meydana, mitinqlərə səsləyən müxalifət "liderləri" – yəni 5-ci kolonun siyasətbaz ulduzları qənimət əldə etmək üçün bir-birilərini hələ çox təhqir edəcəklər. Necə deyərlər,"qrantoyedlərə" Vətən satmaq üçün daha çox pullar verlsin...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə