İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İstanbulda fövqəladə iclas keçirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki gün davam edən iclasda Fələstin xalqını qorumaq üçün bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi çağırışı edilib. Eyni zamanda, İsrailin sivil insanlara güc tətbiqi pislənilib.

Qeyd edək ki, Qəzza zolağında son günlər baş verən toqquşmalarda 60-dan çox fələstinli həlak olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə