"AŞPA bu qərarla özünün təbliğ etdiyi Konvensiyanın hüquqlarını pozur"

"Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, etibarlı tərəfdaşdır. Bu, qərəzli dairələr tərəfindən narazılıqla qarşılanır. Onlar müxtəlif vasitərlə ölkımizə təsir etməyə başlayır, Azərbaycan qarşı qara piar aparır, ölkəmizlə bağlı böhtan yayır, öz hesabatlarında qeyri-obyektiv fikirlər irəli sürürlər. Bunu biz AŞPA-da gördük". SİA-nın xəbərinə görə, bunu millət vəkili Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Bir neçə gün bundan öncə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbərinə qarşı qərəzli qərar qəbul etdiyini xatırladan deputat söyləyib ki, bu qərar subyektiv və qərəzlidir: "Bu, AŞPA-nın öz missiyasına qarşı hörmətsizliyidir. Lakin son baş verənlər göstərdi ki, AŞPA-da həmin tribunadan sui-istifadə edən erməni lobbiçiləri ilə fəaliyyət göstərənlər də var. Biz bu cür münasibəti qəbul etmir qətiyyətlə pisləyirik. Bu neqativ cəhdlər heç bir nəticə verməyəcək"

Daha sonra çıxış edən millət vəkili Əli Hüseynli söyləyib ki, bu illər ərzində Azərbaycan nümayəndə heyəti AŞPA-da ən peşəkar millət vəkilləri kimi seçilib: "Onlar bir çox mötəbər vəzifələr tutub. Hətta AŞPA-ya sədrlik də ediblər. Burada ədalətsizlik ondan ibarətdir ki, AŞPA bu qərarla özünün təbliğ etdiyi Konvensiyanın hüquqlarını da pozur. Səməd Seyidov heç bir qanun pozuntusu olmadan cəzlandırılıb. Azərbaycan bundan sonra da AŞPA-da qətiyyətlə fəaliyyət göstərəcək. Heç bir qərar Azərbaycan parlementarilərinin əzmini sındıra bilməz".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə