Yerevanın meri Taron Marqaryan rüşvət yolu ilə seçilib. SİA-nın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Mən Yerevan meri ilə bağlı fikrimi artıq demişəm. Taron Marqaryanın rüşvətlə bu vəzifəyə seçilməsi ilə bağlı heç bir şübhə yoxdur”.

Qeyd edək ki, son günlərdə Yerevanda merin istefası tələbi ilə aksiyalar keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə