Paşinyan Sarkisyanla görüşmək istəyir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanla görüşəcəyini bildirib. SİA Ermənisatan KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistələ açıqlamasında deyib: “Mən Serj Sarkisyanla görüşə bilərəm. Bunu yalnız Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün edərəm”.

Paşinyan ölkədə siyasi məhbus probleminin mövcud olduğunu da etiraf edib. O bu sahədə ciddi müzakirələrin olmasına ehtiyac duyulduğunu deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə