"Azərbaycan və Türkiyə AŞPA-da birgə fəaliyyət göstərməlidir"

"Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı məsələ müzakirə olunmamışdan bir gün öncə quruma Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirən, Türkiyədə terrorda ittiham olunan,PKK rəhbərliyində təmsil olunan Saleh Müslüm dəvət olunmuşdu.Türkiyə bu baxımdan Azərbaycanla bağlı müzakirələrdə iştirak etməkdən imtina etdi". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün keçirilən mətbuat konfransında deyib.

Bunun hər iki ölkəyə qarşı xüsusi təxribat daşıyan bir məsələnin olduğunu deyən S.Seyidov Avropa Şurasında Azərbaycana və Türkiyəyə qarşı destruktiv qurumlar fəaliyyət göstərir: "Bu da onu göstərir ki, həm Türkiyə həm də Azərbaycan həmin meydanda birgə fəaliyyətini yüksək səviyyədə nümayiş etdirməlidir".

"Çox təəssüf ki, Azərbaycanın oradan imtina etməsi və nümayəndə heyətimizin oradan çıxarılması ilə bağlı yalan informasiyalar yayılır. Nə qədər çətin olsa da biz oradakı fəaliyyətimizi davam etdirəcəyik",- deyə S.Seyidov əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə